Qəzaya uğrayan təyyarədə olan "Şapekoense” klubunun futbolçusu Marcelo Boeck komandası ilə birlikdə səfərə getməyib.
7news.Az xəbər verir ki, o, ad gününə görə icazə alaraq vətənində qalıb.
Sosial şəbəkədə bu barədə məlumat paylaşan futbolçu bunları yazıb: "İkinci dəfə dünyaya gəldim. Komanda yoldaşlarıma görə isə çox üzülürəm, şokdayam”.
Komandanın digər üzvü Nivaldo isə heyətə Salınmayıb. O, dostunun zəng etməsi ilə təyyarə qəzası xəbərini eşidib.
Həmçinin 18 gün əvvəl Braziliyaya 0:3 hesabı ilə uduzan Argentina millisi də eyni təyyarə ilə Argentinaya qayıdıb. Həmin vaxt orada Lionel Messi də olub.








