RU
Ada didişməsi bitmir
02:27
481

Ada didişməsi bitmir

Vyetnam XİN-i Çinin səfirinə etiraz notası təqdim edib.
7news.az APA-ya istinadən bildirir ki, buna səbəb Çinə məxsus təyyarənin Cənub-Çin dənizində mübahisəli Spratli arxipelaqında yaradılan süni adada tikilmiş aerodromda eniş etməsi olub.

Qeyd edək ki, Çin, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan Cənub-Çin dənizindəki bir neçə ada ətrafında uzun müddətdir mübahisə aparırlar.

Qeyd olunan regionda böyük karbohidrogen ehtiyatları aşkarlanıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ