Vətəninfo.azxəbər verir ki,bu günlərdə Ağdamın Quzanlı qəsəbəsində "258 saylı PDM ekipajı” sənədli filminin təqdimatı keçirilib. Film 1993-cü ilin yayında Ağdam uğrunda döyüş iştirakçılarına həsr olunub. Yayılan xəbərdə qeyd edilir ki,tədbiri Ağdam Rayon İcra Hakimiyyətinin və Qarabağ Müharibəsi Veteranları Birliyinin iştirakı ilə təşkil olunub.

Məlumata görə, tədbiri təşkil kəslər Azərbaycan Silahlı Qüvvələrinin 708-ci briqadasının ikinci batalyonunun döyüşçülərindən bəhs edən beynəlxalq terrorçu ASALA erməni terror təşkilatının liderlərindən olan İbad Hüseynov tərəfindən məhv edilən Monte Melkonyandan da danışlıb və güya bu beynəlxalq terrorçunu İbad hüseynov deyil, 708-ci briqadasının ikinci batalyonunun döyüşçüləri məhv ediblər. Hətta İbad Hüseynovun əleyhinə yüzlərlə böhtan belə atılıb.
Maraqlıdır ki, bu tədbiri təşkil edən Ağadam RİH rəhbərliyinin nümayəndələri oturub hoqqabazlıqla hazırlanmış bir fodeoyaya da baxıblar.
Məsələ hansısa tədbirin keçirilməsində deyil və istənilən formada bu və ya digər rayonlarda belə tədbirlər təşkil etmək olar. Ancaq keçirilən tədbir kiminsə qəhramanlığını qaralamağa yönəlməməlidir.

Ağdam rayonunda keçirilən tədbirin məsuliyəti Ağdam RİH-nin başçısı Raqub Məmmədovun üzərində qalır. Çün ki, Raqub Məmmədov bilməli idi ki,tədbirin ümumi axışı necə qurulmalı və necə sona catmalıdır. Təssüflər olsun Raqub Məmmədov bu tədbiri təşkil etməklə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,Akademik Ramiz Mehdiyevin bir neçə il əvvəl qələmə aldığı,tarixi faktlara dayanan, Qarabağ savaşında mühüm hadisələrə işıq tutan "Dağlıq Qarabağ” əsərinə qarşı olduğunu birbaşa ifadə edir.

Çün ki,hörmətli akademikimiz Ramiz Mehdiyev həmin kitabda Monte Melkonyanın məhz İbad hüseynov tərəfindən öldürüldüyünü açıq şəkildə yazıb.
Raqub Məmmədov oxusun deyə həmin kitabda hörmtli Ramiz Mehdiyevin qələmə aldığı İbadla bağlı hissəni diqqətinizə çatdırırıq.

Hörmətli Akademik Ramiz Mehdiyevin yazdığ bu əsər yuxardı qeyd etdiyimiz kimi tarizi faktlara əsaslanır. Raqub Məmmədov isə belə bir hoqqabazlıqlar dolu tədbirə işıq tutmaqla birbaşa "Dağlıq Qarabağ” əsərinə etiraz etdiyini nümaiş etdirmiş oldu. Yəqin ki, Ağdam rayon İH-nin başçısı buraxdığı bu yanlışlığ dərk edir. Çün ki, Raqub Məmmədov İbad Hüseynovu gözəl tanıyanlardan biridir və İbadın Monte Melkonyanı öldürməsi ilə bağlıda geniş məlumata malik şəxsdir. Görünür icra başçısı keçirilən tədbirin ilk olaraq İbad Hüseynova qarşı olduğunun fərqində olmayıb.
Redaksiyadan: Ağdam Rayon İH-nin başçısı Raqub Məmmədovun da mövqeini dərc etməyə hazırıq./Vətəninfo
7news.az








