RU
Ağdam sakini avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib
13:53
720

Ağdam sakini avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib

Hadisə yerinə baxış zamanı nömrəsi silinmiş AK-74 markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb.

Ağdam sakini avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib.

Dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə-məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş "AK-74" markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır./report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ