RU
Ağdam sakini uşağını xəstəxanaya apararkən qəza törətdi
23:10
593

Ağdam sakini uşağını xəstəxanaya apararkən qəza törətdi

Ağdam rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.

7News.Az virtualaz.org-a istinadən xəbər verir ki, İsgəndər Səmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü və onun arvadı Qənirə Səmədova ağır bədən xəsarətləri alıb.

aralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisə azyaşlı uşağını xəstəxanaya çatdırmaq üçün sürücü avtomobili yüksək sürətlə idarə edərkən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ