Ağdam Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.
7News.Az-ın Trend-ə istinadən xəbərinə görə, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində - Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub.
***
APA-nın xəbərinə görə, Poliklinika şöbəsində çalışan 10 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə ollunur.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.








