Amerikalı Brayan Mayser adını ginesin rekordlar kitabına yazdıra bilmək üçün sözün əsl mənasında odla oynayıb. Özünə od vuran adrenalin həvəskarı yanar ox kimi havaya atılıb. Brayan yana-yana havada 32 metrə yaxın məsafə qət edib.
Kifayət qədər təhlükəli olsa da, ortaya dəhşətli mənzərə çıxarsa da, ilk dəfə deyil ki, bir insan bu cür rekord vurmağa çalışır. Amerikalı namizəd adını tarixə yazdırmaq üçün Bolqarıstanlı Vesta Queşkovanın uğurunu kölgədə qoymalı idi. Sözügedən şəxs yanaraq havada 23 metr uçmuşdu.
1999-cu ildən bəri bu təhlükəli sənətlə məşğul olan Brayan təhlükəsizlik qaydalarına tam riayət edib. Xoşbəxtlkdən rekord cəhdi uğurla yekunlaşıb və paltarını bürüyən alov bu çılğın kaskadyora hər hansı ziyan vurmayıb. Onun yanaraq gerçəkləşdirdiyi uçuşunu izləyənlər isə həyəcanlı anlar yaşayıblar.
Xatırladaq ki, ilk dəfə 1896-cı ildə başqa bir amerikalı- Eylr adlı şəxs havada uçan məşələ çevrilmişdi. Canlı Ox ləqəbi ilə tanınan Eylr 12 metrlik yaydan havaya atılaraq hədəfdən keçmişdi.
7News.Az








