RU
Ağdamda ara qarışdı
12:42
4858

Ağdamda ara qarışdı

Ağdam sakinlərini vətəndaşları aldatdığı üçün məşğulluq idarəsinə basqın edib, idarənin qarşısında aksiya keçirib. Bununla bağlı Əmək Yarmarkasına gedən şəxslər məlumat verib.
 
Adlarının çəkilməsini istəməyən Ağdam rayon sakinlərinin sözlərinə görə, məşğulluq idarəsi bir neçə gün öncə elan verib ki, 2016-cı il fevral ayının 15-də Ağdam rayon İdman kompleksində əmək yarmarkası keçiriləcək. İşsiz olan Ağdam sakinləri özünə iş tapmaq üçün əmək yarmarkasında iştirak etməyə gediblər. Məşğulluq idarəsindən isə bildiriblər ki, yarmarka qeyri-müəyyən vaxta təxirə salınıb.
 
Aldadıldığını görən Ağdam sakinləri məşğulluq idarəsinə etiraz etməyə başlayıblar. İdarənin qarşısına 100-dən çox rayon sakini toplaşıb. 
 
Ağdam rayon məşğulluq idarəsindən bildiriblər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 fevralda Ağdam rayonunda keçiriləcək əmək yarmarkasını təxirə salıb. /olke.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ