RU
Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
21:15
2581

Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.


7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ