RU
Ağdamda Heydər Əliyevin doğum günü münasibətilə konsert keçirilib - FOTO
10:00
318

Ağdamda Heydər Əliyevin doğum günü münasibətilə konsert keçirilib - FOTO

Ötən gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Ağdamda konsert keçirilib.

7News.Az-ın məlumatına görə, konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib.

Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış edib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bu gün Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər təşkil olunacaq.

Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ