RU
Ağdamda itkin düşən 35 yaşlı kişi tapılıb - YENİLƏNİB
18:10
162

Ağdamda itkin düşən 35 yaşlı kişi tapılıb - YENİLƏNİB

Ağdamda itkin düşən 35 yaşlı kişi tapılıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

12.30

Ağdamda 35 yaşlı kişi itkin düşüb.

Hadisə iyunun 6-da rayonun Ayaq Qərvənd qəsəbəsində qeydə alınıb.

Belə ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ