Ağdam rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıçoban kənd sakini Firdovsi Allahverdiyev həbs edilib. Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 125 qram marixuana və 2 ədəd çətənə özəyi aşkar edilərək götürülüb.
7news.az








