Ağdamda piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub.
Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 99 FC 946 dövlət nömrə nişanlı, "Mercedes” markalı yük maşınını idarə edən sürücünün rayon sakini Əliyev Fəxri Telman oğlu olduğu müəyyən edilib.
Fəxri Əliyev bu gün polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, ötən gecə avtomobillə vurulan piyada, 1971-ci il təvəllüdlü Ağdam rayon sakini Həsənov Bəhram Qara oğlu hadisə yerində ölüb./apa
7news.Az








