RU
Ağdamda yaralanan mülkü şəxslərin vəziyyəti pisləşdi
20:35
1309

Ağdamda yaralanan mülkü şəxslərin vəziyyəti pisləşdi

Onların müalicələri davam edir.

Ağdam rayonunda ermənilərin endirdiyi artilleriya zərbələri nəticəsində qəlpə yarası alan Azərbaycanın mülki vətəndaşlarından ikisinin vəziyyəti ağır olaraq qalır.

7news.Az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ağdam Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Qara Qasımov məlumat verib.

O bildirib ki, digər yaralılardan 3-ü Bərdə Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Hərbi Hospitala köçürülüb:

“Yaralılar Hüseynov Əli Müseyib oğlu və Məmmədov Elnur Polo oğlunun vəziyyəti ağırdır, hazırda xəstəxananın reanimasiya şöbəsində onların müalicələri davam edir”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ