RU
Ağdamda zəncirvari yol qəzası
10:20
1076

Ağdamda zəncirvari yol qəzası

Ağdamda zəncirvari yol qəzası baş verib.

Hadisə rayonun Quzanlı qəsəbəsində, Heydər Əliyev prospektində baş verib.

"QAZ 2410” markalı "02 BO 629” qeydiyyat nişanlı avtomobil "VAZ 2107” markalı "10 KC 236” qeydiyyat nişanlı maşınla toqquşub.

Zərbənin gücündən "VAZ” markalı avtomobil yol kənarında dayanan "VAZ 2106” markalı "56 BF 955” qeydiyyat nişanlı avtomobilə çırpılıb.

Nəticədə bir nəfərin xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ