RU
Ağdaş və Ucarda qəza: iki ölü
12:34
396

Ağdaş və Ucarda qəza: iki ölü

Dünən Ağdaş və Ucar rayonlarında ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, fevralın 13-də 16 radələrində Ağdaş şəhəri ərazisində şəhər sakini H.Azəri idarə etdiyi "VAZ-21013” markalı avtomobili qarşıda gedən Zaqatala rayon sakini Ş.Məmmədovun idarə etdiyi ekskavatora vurub. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Azəri orada ölüb. 

Həmin gün 20:00 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Şəki rayon sakini C.Məmmədov idarə etdiyi "KamAZ-55111” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə, həmin şəxs hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ