Ağdaşda 1 tona yaxın çətənə bitkisi məhv edilib.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Cüvə, Qarasuqumlaq və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 tona yaxın olan 2091 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
7NEWS.Az








