DSK sədri: Yaşlı və xəstə seçicilər üçün lazımı şərait yaradılıb
Ağdaş rayonunun ən yaşlı sakini referendumda (ümumxalq səsverməsi) iştirak edib.
Rayonun Ləki qəsəbə sakini 1900-cu il təvəllüdlü Yusifova Səadət Qurban qızı seçici hüqundan istifadə edərək səs verib.
89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 30 saylı seçki məntəqəsində qeydiyyatda olan seçicinin evinə məntəqənin daşınan qutusu komissiya üzləri tərəfindən aparılıb.
89 saylı Göyçay-Ağdaş DSK-nın sədri Nizam Məhərrəmov bildirib ki, dairə üzrə yaşı 100-dən çox olan 4 seçici var. Bunlardan ən çox yaşı olan Ağdaş rayon Ləki qəsəbə sakini 116 yaşlı Yusifova Səadət Qurban qızıdır: "Yaşlı və xəstə seçicilər üçün lazımı şərait yaradılıb. Onların hər birinin ünvanlarına daşınan qutular göndərilir”./report
7News.Az








