RU
Ağdaşda 56 yaşlı kişi bıçaqlandı - Qardaşı oğlu saxlanıldı
12:30
77

Ağdaşda 56 yaşlı kişi bıçaqlandı - Qardaşı oğlu saxlanıldı

Ağdaşda bıçaqlanma olub.

Rayonun Birinci Aral kəndində 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.

Daha sonra R.Kərimov hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ