RU
Ağdaşda avtoqəzada polis işçisi ölüb - YENİLƏNİB
09:54
35

Ağdaşda avtoqəzada polis işçisi ölüb - YENİLƏNİB

Dünən axşam saatlarında Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi "VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi "VAZ-21011” toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 7NEWS.Az-a cavab olaraq bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb
Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.



01.23

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

7NEWS.Az-ın xəbərinə görə rayonun Ləki qəsəbəsi ərazisində hərəkət edən "VAZ 21011" markalı iki minik avtomobili toqquşub.

Hadisə zamanı sürücülərdən biri, Dövlət Yol Polisi Xidmətinin əməkdaşı Samir Zamanpur aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ