RU
Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb
12:20
29

Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb

Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ