Ağdaşda maşın aşıb, 1 nəfər ölüb.
Dekabrın 2-də saat 12 radələrində Ağdaş rayonunun Əmirarx kəndində Bakı şəhər sakini Yaşar Piriyev idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sərnişini, anası Mərcan hadisə yerində ölüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./musavat.com
7News.az








