RU
Ağdaşda partlayış baş verib: Ölən var
11:40
440

Ağdaşda partlayış baş verib: Ölən var

Ağdaş rayonunda partlayış olub.

7news.Az xəbər verir ki, Ağdaş Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 1-də baş verib.

Rayon ərazisində mənzillərdən birində qısaqapanmadan yanğın başlayıb. Yanğın nəticəsində evdə olan qaz balonu partlayıb. Hadisə zamanı evdə yaşayan Mustafayev Səftər Mustafa oğlu mənzildə qaldığından yanıb ölüb.

Yanğın söndürüləndən sonra evdən onun yanmış meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ