12.11.2018
10:26
Ağdaş rayonunda yolqəzasında ölən piyadanın şəxsiyyəti məlum olub.
7News.Az report-a istinadən bildirir ki, Goranboy rayon sakini, 1961-ci il təvəllüdlü Ceyhun Bayram oğlu Məmmədov yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan C.Məmmədov hadisə yerində ölüb.
11.11.2018
23:59
Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
7News.Az report-a istinadən bildirir ki, rayonun Ləki kəndi yolu qarşı tərəfə keçmək istəyən və hələ ki, şəxsiyyəti bilinməyən 55-60 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Bakı-Qazax yolunda 2 avtomobil toqquşub.
7News.Az








