RU
Ağdaşda sahibkar atasının qəbri üstündə özünü güllələdi
15:57
769

Ağdaşda sahibkar atasının qəbri üstündə özünü güllələdi

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda sahibkar atasının qəbri üstündə özünü güllələyib.

Intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirstanlığında atasının məzarı başında özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.

Qeyd edək ki, M.İsmayılov iki uşaq atası olub. O, biyan kökü toplamaq biznesilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ