Cinayət işi açılıb.
Ağdaşda intihar hadisəsi baş verib.
Rayonun Qolqəti kənd sakini 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev özünü yaşadığı evin həyətindəki çardaqdan özünü kəndirlə asıb.
Dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.
Ölkədə sonuncu intihar hadisəsi dünən Sumqayıtda qeydə alınıb. Şəhərin 5-ci mikrorayon ərazisindəki yataqxanalardan birində qeydiyyatda olan 1950-ci il təvəllüdlü Nəzakət Alı qızı Paşayeva özünü yaşadığı evin mətbəxində asıb.
Asılmış meyit ailə üzvləri tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Sumqayıt şəhər şöbəsində müayinə edildikdən sonra mərhumun ailəsinə təhvil verilib.
Hələlik 66 yaşlı Nəzakət Paşayevanın özünü hansı səbəbdən asması hələlik bilinmir. /anspress
7News.Az
11:12
Bu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib.
1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb.
Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub.








