7NEWS.az xəbər verir ki, Milli mətbuatda yer alan xəbərlərdə müxalif Sərhədsiz Sosialist Partiyasının paytaxtdakı qərargahı ətrafında silah səslərinin eşidildiyi və hərbi maşınların ərazini bağladığı bildirilib. Partiyanın lideri və eyni zamanda Müvəqqəti prezident Muhammed İdris Debi Itno-nun qohumu Yaya Dillonun öldürüldüyü iddia edilsə də, hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. İnternetin kəsildiyi şəhərdə hərbi maşınlar görünüb.
7NEWS.az








