RU
Adı ilə bir faciəni yaşadan azərbaycanlı
15:44
1658

Adı ilə bir faciəni yaşadan azərbaycanlı

7News.az-ın məlumatına görə bu barədə VEYSƏLOĞLU Şirkətlər Qrupunun rəsmi səhifəsində məlumat paylaşılıb. Məlumatda deyilir ki, 1992-ci ilin dəhşət dolu 26 fevralında Azərbaycan xalqı, Türk dünyası Xocalı faciəsini yaşayan günü Şəkinin Baş Göynük kəndində İsmayılovlar ailəsində dünyaya bir körpə göz açır. Bütün ölkə yasa və kədərə qərq olunduğu gün, İsmayılovlar ailəsi bu körpənin sevincini ürək dolusu yaşa bilməyirlər. 

Xalqın kədəri ilə hüznə bürünmüş ailə, yeni doğulan körpəyə 10 gündən sonra ad qoya bilir. İsmayılovlar ailəsi bu ağır gündə dünyaya gəlmiş oğlan övladına elə həmin faciəni yaşamış, yer üzündən silinmiş xocalıların xatırəsinə Xocalı adı qoyurlar. Bununla da İsmayılovlar ailəsi bu millətin faciəsini, ağrısını və acısını ömürlük olaraq öz ailələrinin yaddaşına yazaraq yaşatmağa qərar verirlər. 

Qeyd edək ki, İsmayılov Xocalı Müşviq oğlu VEYSƏLOĞLU Şirkətlər Qrupunun Şəki lokal ofisində çalışır.

Şəki ofisinin rəhbəri Sübhi Abbasovun verdiyi məlumata görə İsmayılov Xocalı olduqca zəhmətsevər və məsuliyyətli işçidir. O, öz adı ilə fəxr edir. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ