Onlar bu gün məktəbə daha gülərüz gəldilər. Çünki gənc yaşlarında istedadlarına qiymət verilib.
Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Rəşid Behbudov və Nərminə İsmayilova Prezident İlham Əliyevin sərəncamı ilə xüsusi təqaüdə layiq görülüblər.
Musiqi sahəsində xüsusi istedadı olan yeniyetmələrin adları həmçinin Azərbaycanın gənc istedadlarının "Qızıl kitab”ına yazılıb.
Pianoçuların hər ikisinin 16 yaşı var. Azərbaycanın gənc istedadlarının "Qızıl kitab”ına düşmək üçün tələb olunan bacarıqları artıqlaması ilə qazanıblar.
İfalarından nə qədər peşəkar olduqlarını görmək olur. Əziyyətlərini çəkən müəllimlər də onlarla qürur duyur.
Rəşid və Nərminə gələcəkdə təhsillərini Avropa ölkələrində davam etdirmək istəyirlər./xezer.tv
7news.Az








