Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan Tuba Babuna bir neçə gün əvvəl səhhətində yaranan problemlərə görə sərbəst buraxılmışdı.
7News.Az ölkə.az-a istinadən bildirir ki, onun anası qızının qaçırıldığını, azadlığa çıxdıqdan sonra ondan xəbər ala bilmədiyini deyib.
Tuba Babuna həbsdən 9 ay sonra sağlamlıq problemlərinə görə 15 aprel tarixində azadlığa buraxılıb. Amma o gündən sonra ondan xəbər almaq mümkün olmayıb. Ana Babuna iddia edib ki, qızı qruplaşma tərəfindən qaçırılıb:
"Qruplaşma tərəfindən bizim bilmədiyimiz bir yerə aparılıb. Əslində evdə olmalı idi. Çünki çox narahatdır. Bu xəstəliyə 2-3 il əvvəl qruplaşmada olanda yoluxub. Uşaqlarımı qruplaşmadan xilas etmək üçün əlimdən gələni edəcəm".
Tuba Babuna Adnan Oktarla 31 il əvvəl, 18 yaşı olanda tanış olub.

7News.Az