RU
ADNSU-nun dosenti vəfat etdi (FOTO)
12:20
213

ADNSU-nun dosenti vəfat etdi (FOTO)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)"Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının dosenti vəfat edib.

7News.Az ölkə.az-a istinadla xəbər verir ki, bu vəzifədə çalışmış Fəridə Məmmədova 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 100-ə yaxın elmi əsərin, 16 dərslik və dərs vəsaiti, 2 ixtiraçılıq patenti, məqalə və yerli və Beynəlxalq konfranslarda məruzələrin müəllifidir.

Texnika elmləri namizədi olmuş F.Məmmədova 2001-ci ildən "Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasında dosenti vəzifəsində çalışıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ