RU
ADTGT 13 ölkədən gəncləri Gəncəyə toplayacaq
12:42
1127

ADTGT 13 ölkədən gəncləri Gəncəyə toplayacaq

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu Gənclər Siyasəti Modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, gənclərin fəal iştirakçılığı, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir.

Bu məqsədlə ADTGT 2016-cı ilin mayın 15-dən 3 (üç) ay müddətində davam edəcək, “Gənclər Siyasətində Fəal İştirakşılıq” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığı nəzərdə tutan layihənin icrasına başlayır.

Layihə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri nəzərdə tutur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ