O əlavə edib ki, "Danışır tarix” filmi "Səlim karvansarası,” "Təpəbaşı məscidi” və "Əmir Səəd məqbərəsi” kimi abidələrdən bəhs edir. Hüseynzadə Ermənistanın Azərbaycan abidələrini məhv etməsinin milli mədəniyyətimizə və tariximizə vurduğu zərərləri xüsusi qeyd edib. "Bu abidələrin məhv edilməsi milli kimliyin izlərini silmək cəhdidir. Beynəlxalq təşkilatlar bu məsələni daha ciddi diqqətə almalıdırlar,” – deyə o bildirib.
Sonra "Danışır tarix” filmi nümayiş etdirilib və iştirakçılar arasında geniş müzakirələr aparılıb.
Tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz ermənilərin tarixi abidələri saxtalaşdırmaq və dağıtmaq cəhdlərini konkret faktlarla misal çəkərək, bu istiqamətdə daha çox filmlərin və araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nuranə Nuriyeva, Azərbaycan Dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva, Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dissertantı Günay Əliyeva və "Ailələrə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri Elnurə Abuşova da çıxış edərək, çıxış edərək, film haqqında fikirlərini bölüşüblər. Onlar Qərbi Azərbaycanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.








