Xəbər verdiyimiz kimi bu gün aeroport yolunda baş verən ağır qəzada üç nəfər xəsarət alıb.
FHN-dən 7News.Az-a bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. "Honda” markalı minik və "MAN” markalı betonqarışdıran avtomobillərdə vətəndaşların sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə sıxılı vəziyyətdə "Honda” markalı avtomobildə qalmış 2 nəfəri və "MAN” markalı betonqarışdıran avtomobildə qalmış 1 nəfəri xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.












