RU
Aeroport yolundakı qəzada yaralanan şəxs dünyasını dəyişdi
13:46
542

Aeroport yolundakı qəzada yaralanan şəxs dünyasını dəyişdi

Avqustun 17-də Bakıda aeroport yolunda baş vermiş yol qəzası nəticəsində ayağını itirən şəxs dünyasını dəyişib.

7News.az bildirir ki, bu barədə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində ayağının topuqdan aşağı hissəsini itirən 1957-ci il təvəllüdlü Nüsrətəli Yusifov dərhal xəstəxanaya yerləşdirilib və əməliyyata götürülüb.

Xəstənin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində xəsarət almış digər yaralı - N.Yusifovun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Nəzakət Yusifovanın vəziyyəti isə ağır olaraq qalır./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ