RU
Aeroportda Bakı sakinindən narkotik götürülüb
23:40
3113

Aeroportda Bakı sakinindən narkotik götürülüb

Bakı şəhər sakinində narkotik aşkarlanıb.

Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı şəhər sakini R.Bayramlıdan 42 ədəd tramadol və 5 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ