Rusiya hərbçiləri Zaporojyedəki Avropanın ən böyük Atom Elektrik Stansiyasını (AES) atəşə tutur, yanğın başlayıb.
7NEWS.az xəbər verir ki, bu, Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib. Eyni zamanda, Ukrayna prezidenti də bu barədə öz sosial hesablarından məlumat paylaşıb.
Qeyd olunub ki, yanğın zamanı partlayış baş verərsə, Çernobıldakından 10 dəfə böyük fəlakət olacaq.








