RU
Afaq Bəşirqızı:
23:01
2016

Afaq Bəşirqızı: "Qorxuram, görəsən, bəyənəcəklər?" -

Bu gün Nizami Kino Mərkəzində “Qayınanamız” serialıyla bağlı mətbuat konfransı keçirilib.

 “SOY Production” tərəfindən çəkilən ekran işinin baş rol ifaçısı xalq artisti Afaq Bəşirqızıdır. Serialda əməkdar artist Dilarə Əliyeva, aktrisa Xuraman Əlizadə, aparıcı Şəhriyar Əbilov, yumorist Müşviq Şahverdiyev çəkiliblər.

Tədbirdə çıxış edən A.Bəşirqızı həyəcanlı olduğunu gizlətməyib:

“Düşünürük ki, bu layihə uğurlu olacaq. Çox həyəcanlıyam, əslində qorxuram. Görəsən. insanlar bəyənəcək? Çünki indi tamaşaçıların düşüncə tərzi fərqlidir. Tamamilə başqa şeylərə gülürlər. Çox ümid edirəm ki, tamaşaçılar bu serialı sevəcəklər”.

“SOY Production”un rəhbərlərindən Oqtay Əliyev serialla bağlı fikirlərini bölüşüb. O, ekran işinin seviləcəyinə əmin olduğunu deyib. Qeyd edək ki, “Qayınanamız” sentyarbrın 11-dən etibarən ATV-də yayımlanacaq./axsam

7news.az






 

 

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ