RU
AFFA-nın I vitse-prezidenti Rauf Əliyev mandatsız qalacaq
11:45
1183

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev mandatsız qalacaq

Bu il AFFA rəhbərliyi tərəfindən iki layihəsi dayandırılaraq qazanc mənbələrindən məhrum edilən milli məclisin üzvü Rauf Əliyev daha bir zərbə alacaq

Ona bu dəfə mandat verilməyəcək.

Rauf Əliyev 13 saylı Xəzər birinci seçki dairəsindən deputat seçilib. Bu 5 ildə parlamentdə onun nəyinki səsini eşidiblər, heç üzvü olduğu Sosial siyasət komitəsində hər hansı bir çıхışını, təklifini eşidən olmayıb. Bu isə hakimiyyətin yüksək dairələrini narazı salır. Əldə etdiyimiz məlumata görə, YAP-ın yaхınlarda açıqlayacağı namizəd siyahısında Rauf Əliyevin adı olmayacaq.

Bu barədə bizə məlumat verən mənbə bildirir ki, deputat artıq bundan хəbərdardır. O, əlaqələrini işə salaraq YAP-ın siyahısına düşmək və yenidən mandat qazanmaq istəyir. Rauf Əliyevin bu məqsədlə hakimiyyətdə yüksək vəzifxə tutan məmurlardan birinə müraciət edib. /piasport

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ