RU
AFP: Əfqanıstanda zəlzələ qurbanlarının sayı mini ötüb - YENİLƏNİB
11:00
107

AFP: Əfqanıstanda zəlzələ qurbanlarının sayı mini ötüb - YENİLƏNİB

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

Bu barədə AFP "Taliban” hökumətinin nümayəndəsi Bilal Kərimi istinadən bildirib.

"Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur”, - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.

08:41
Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.

Bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.

Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ