RU
Afrika İttifaqı Nigerin üzvlüyünü dayandırıb
17:30
434

Afrika İttifaqı Nigerin üzvlüyünü dayandırıb


Afrika Birliyi hərbi çevrilişdən sonra konstitusiya quruluşu bərpa olunana qədər Nigerin üzvlüyünü dayandırıb.

7NEWS.az xəbər verir ki, iyulun 26-da Nigerdə hərbi çevrilişdən sonra hakimiyyətə gələn xunta rəhbərliyinə beynəlxalq təşkilatlardan reaksiyalar gəlməkdə davam edir. Afrika Birliyi Nigerdə konstitusiya quruluşu bərpa olunana qədər bütün fəaliyyəti dayandırıb və üzv dövlətləri xunta hakimiyyətini qanuniləşdirəcək hər hansı hərəkətdən çəkinməyə çağırıb.

Afrika Birliyi Sülh və Təhlükəsizlik Şurasının dərc etdiyi bəyanatda, sözügedən qərarın şuranın 14 avqustda keçirilən iclasında qəbul edildiyi və hadisə günü saxlanılan prezident Məhəmməd Bazumun dərhal azad edilməsinə çağırıldığı bildirilib. Bəyanatda bildirilir ki, Afrika İttifaqı muzdlu şirkətlər də daxil olmaqla, Afrikadan kənar hər hansı bir ölkənin Nigerə xarici müdaxiləsinə qəti şəkildə qarşıdır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ