Afrika qitəsində koronavirusa yoluxanların sayı 753 min 914 nəfərə çatıb.
7News.Az xəbər verir ki, son sutka ərzində qitədə 13 min 888 nəfərə COVID-19 diaqnozu qoyulub. Bildirək ki, Afrikada virus səbəbilə ölənlərin sayı 314 nəfər artaraq 15 min 779 nəfər olub.
Qeyd edək ki, qitədə ən çox itki Cənubi Afrika, Misir və Əlcəzairdə yaşanıb.








