Afrika qitəsində koronavirusa yoluxanların sayı 1.8 milyonu keçib.
7News.Az xəbər verir ki, son sutka ərzində 10 244 yeni koronavirus faktı aşkarlanıb. Beləliklə, yoluxanların sayı 1 805 820-yə çatıb.
Ölənlər isə 306 nəfər artaraq 43 244-ə yüksəlib.
Bildirək ki, Afrikada bu günədək 1 472 758 xəstə sağalıb.








