RU
Afrində qadın terrorçu özünü partlatdı - FOTO
21:50
591

Afrində qadın terrorçu özünü partlatdı - FOTO

Suriyanın Afrin şəhərində PKK terror təşkilatının Suriya qolu olan YPG/PYD-yə qarşı "Zeytun budağı" əməliyyatını həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə qarşı canlı bomba ilə edilən hücumun qarşısı alınıb.

Cindərəs yaşayış məntəqəsindəki Əl Həmmam kəndində 20 yaşlı PKK üzvü olan suriyalı qadın Türkiyə ordusuna aid tanklara yaxınlaşaraq özünü partlatmağa cəhd edib. Lakin qadın istəyinə nail olmadan vurularaq öldürülüb. 

Qeyd edək ki, terrorçu qadın Avesta Xabur kod adlı Zeluh Hemo olub./qaynarinfo.az
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ