RU
AGAT nəznində fəaliyyət göstərən Milli İcmaların Koordinasiya Şurası Gündüz İsmayılov ilə görüş keçirdi
15:17
1612

AGAT nəznində fəaliyyət göstərən Milli İcmaların Koordinasiya Şurası Gündüz İsmayılov ilə görüş keçirdi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəznində fəaliyyət göstərən Milli İcmaların Koordinasiya Şurası Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilə görüş keçirdi.

Görüşün məqsədi 21 fevral Beynəlxalq Ana dili Günü ərəfəsində Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrini ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində tolerantlıq dəyərləri istiqamətində görüşün təşkil olunmasıdır.

Tədbirdə Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu illər ərzində icmalara yaradılan şəraitdən, tarix boyu Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəklində yaşayışından danışdı. Tolerantlıq dəyərinin azərbaycanlılar üçün xarakterik xüsusiyyət olduğunu vurğulayan komitənin sədr müavini çıxışı zamanı, Azərbaycan tarixində tolerantlığı sübut edən əsaslı nümunələr gətirdi. Daha sonra Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatın (AGAT) sədri Nərgiz Xələf Milli İcmaların Koordinasiya Şurası yaranma tarixindən və onların AGAT nəznində faəliyyətindən, birgə əməkdaşlığından söz açdı Sonda söz Koordinasiya Şurasının sədrlərinə verildi. Türk, yəhudi, rus, polşa, kazak icmalarının sədrləri öz növbələrində təşəkkürlərini bildirərək fikirlərini bölüşdülər.Yekun olaraq icmanı maraqlandıran məsələlər müzakirə edildi.   Qeyd edək ki, görüşdə türk, yəhudi, rus, polşa, kazak icmalarının sədrləri və nümayəndələri iştirak edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ