RU
AGAT  və Beynəlxalq Multikultural Şəbəkə  tədbir keçirəcək
09:58
1564

AGAT və Beynəlxalq Multikultural Şəbəkə tədbir keçirəcək

YARAT Müasir İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə multikulturalizm ili çərçivəsində 15 iyul, saat 11:00-da, Yarat Müasir İncəsənət Mərkəzində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal prespektivləri” adlı tədbir keçirtməyi planlaşdırır.

Tədbiri həyata keçirtməkdə məqsəd milli-mədəni müxtəliflilik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğatına xidmət edən layihələr planının təqdim olunması və rəsmilərin bu məsələyə olan münasibətini məqalə formasında 30 ölkədən 37 təmsilçimiz tərəfindən çapına nail olmaqdır.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmilərinin və UNESCO üzrə Milli Komissiyasının nümayəndəsinin iştirakı gözlənilir.

Tədbirdə YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə həyata keçirdikləri beynəlxalq səviyyədə elan olunan “Multikulturalizm hər yerdə: Foto və Poster müsabiqəsi-2016”, respublika çərçivəsində elan olunan “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun eyni zamanda şəbəkənin nəznində xarici ölkələrdə fəaliyyət göstərən 40-a yaxın “Ölkə Təmsilçilərinin“ təqdimat mərasimi keçiriləcəkdir.

Dərin hörmətlə,

Təşkilat Komitəsi

(+994 55) 212 11 47

7News.AZ

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ