Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənc Biznesmenlərin Maraq klubu “ layihəsinə start verir.
Son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanmış, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olmuşdur. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, maddi təminatın möhkəmləndirilməsi deməkdir.
Bu baxımdan layihə çərçivəsində yeni biznes biliklərin artırılması, uğurlu danışıq və biznesin inkişafı ilə bağlı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Gənclərin ölkəmiz üçün daha faydalı və uğur əmsalını artırmaq üçün “Gənc Biznesmenlərin Maraq Klubu”nu yaratmaq planlaşdırılır. Layihə 3 hissədən ibarətdir. İlk hissə treninqlər, ikinci müzakirələr və üçüncü hissə klubun üzvü seçilməkdən ibarətdir. Layihə 15 gün davam edəcəkdir.
Layihə çərçivəsində 60 nəfər gənc iş adamlarını layihəyə dəvət edərək, onların da iştirakı ilə “Maraq Klubu” yaradılacaqdır. “Maraq Klubu”nun əsas məqsədi gənclər arasında biznes kommunikasiyanı artırmaqdır.
Layihədə iştirak etmək istəyən gənc iş adamları (yaşı 20-35) AGAT ([email protected]) və Etika Akademiyasının səhifələrinə və emaillərinə ([email protected]) müraciət edə bilərlər.
7news.az









