22 Oktyabr 2015-ci il tarixdə 7News.az informasiya portalında “Eldar Mahmudovla Çingiz Əsədullayevin 240 minlik maxinasiyası - EVİ ALINAN QADIN DANIŞDI” başlıqlı yazı dərc edilmişdir. Yazı ilə əlaqədar qarşı tərəf də öz mövqeyinin dərc edilməsini xahiş edirik. Biz də öz növbəmizdə mövqeni olduğu kimi dərc edirik:
“7news.az informasiya internet saytının 22 oktyabr 2015-ci il tarixində “AGBank” ASC haqqında dərc etdiyi yalnış xəbərə aydınlıq gətirmək məqsədi ilə, xahiş edirik mövqeyimizi işıqlandırasınız.
“AGBank” ASC Mustafayev Çingiz Aydın oğlunun kredit öhdəliyi ilə əlaqədar Nərimanov rayon məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin icra olunmamasına görə borcun tutularaq ipoteka qoyulmuş əmlaklara o cümlədən qeyd olunan Namazov Firudin Müslüm oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 111 nömrəli 9 mərtəbəli binada yerləşən mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsini xahiş etmişdir.
Nərimanov rayon məhkəməsi tərəfindən bankın iddia tələbi təmin olunmuş, qeyd olunan əmlak daxil olmaqla ipoteka predmetləri açıq hərraca çıxarılmışdır.
İpoteka predmetlərinin hərraca çıxarılma proseduruna uyğun olaraq adı çəkilən əmlak hərracdan alınaraq bankın mülkiyyətinə keçmişdir.
Hərracın nəticələri ilə razılaşmayan Namazov Firudin Müslüm oğlu hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə Səbail rayon məhkəməsinə müraciət etmiş, iddia tələbi birinci instansiya məhkəməsində təmin olunaraq hərrac nəticələrinin etibarsız hesab olunmasına dair məhkəmə qətnaməsi çıxarılmışdır.Qətnamənin işi dərindən araşdırmadan və müvafiq sübutlara qiymət verilmədən qəbul olunduğunu hesab edərək bank tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən dolğun məhkəmə arşdırması aparılaraq Səbail rayon məhkəməsinin qətnaməsi dəyişdirilərək Namazov Firudin Müslüm oğlunun iddia tələbi təmin edilməmişdir.Apellyasiya məhkəməsinin qətnaməsindən narazı olan Namazov F.M. Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək kassassiya şikayəti vermişdir. Ali məhkəmə tərəfindən kassasiya şikayəti əsassız hesab olunmuşdur.
Göründüyü kimi banka əmlakı ipoteka qoyan Namazov Firudin Müslüm oğlu məqalədə qeyd olunan məsələlərlə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən onun iddia tələbi təmin olunmamışdır.
Bu səbəbdən məqalədə qeyd olunan məlumatların heç bir hüquqi sənədə əsaslanmadığından və həqiqəti əks etdirmədiyindən əsassız hesab edirik.
Bank qeyd olunan iş üzrə məsələnin istənilən hüququi müstəvidə müzakirəsinə və araşdlırılmasına hazırdır.
7news.az








