RU
Aİ Azərbaycanın energetika sahəsində başlıca strateji tərəfdaşıdır
13:47
1558

Aİ Azərbaycanın energetika sahəsində başlıca strateji tərəfdaşıdır

“Biz daha çox tələbə mübadiləsi aparmalıyıq”.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq inkişafa doğru gedir.

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard bildirib.

“Xatırladım ki, 25 il əvvəl bu əməkdaşlıq münasibəti hələ başlanğıc mərhələdə idi. Ancaq indi əminliklə deyə bilərəm ki, elə bir sahə yoxdur ki, Avropa İttifaqı ilə Azərbaycan əməkdaşlıq etməsin”, - deyə M.Mard bildirib.

M.Mard qeyd edib ki,Avropa İttifaqı Azərbaycanın energetika sahəsində başlıca investoru, başlıca strateji tərəfdaşıdır.

“Lakin təkcə energetika sahəsində əməkdaşlıq kifayət deyil, biz müxtəlif sahələr üzrə daha dərindən əməkdaşlıq etməliyik. Düşünürük ki, hazırda Azərbaycanla birlikdə məhz təhsil bölməsində çalışmalıyıq.

Biz daha çox tələbə mübadiləsi aparmalıyıq. Təhsil sahəsində məhz gənclərlə əməkdaşlığa daha geniş yer ayırmalıyıq”, - deyə Mard bildirib./oxu.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ