RU
Aİ Azərbaycanla qaz tədarükü üzrə aktiv danışıqlar aparır
18:55
350

Aİ Azərbaycanla qaz tədarükü üzrə aktiv danışıqlar aparır

Avropa İttifaqı (Aİ) qaz tədarükünə dair ABŞ, Norveç, Əlcəzair, Azərbaycan və Qətər kimi tərəfdaşlarla fəal danışıqlar aparır.

7NEWS.Az-ın xəbərinə görə bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Avropa Sənaye Günləri 2022”də çıxışında bildirib.
O deyib ki, Avropa təbii qazın 90%-ni kənardan idxal edir və hazırda COVID-19-dan sonrakı canlanma ilə əlaqədar təbii qaza tələbat bütün dünyada artıb.

Ursula von der Leyen hazırkı geosiyasi gərginliyin də bu məsələyə təsirsiz qalmadığını deyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ